28 avqust 2011 14:49
AZAL-ın sabiq müdafiəçisi özünə klub tapdı
AZAL-ın sabiq müdafiəçisi Ritus Krjauklis özünə yeni iş tapıb. Azerisport.az xəbər verir ki, latviyalı futbolçu bundan sonra karyerasını vətənində davam etdirəcək.
O, Liepaya “Metallurg”u ilə anlaşıb. Müqaviləyə əsasən, Krjauklis ən azı qarşıdakı bir mövsümü bu komandanın heyətində keçirməlidi.
Qeyd edək ki, AZAL-a yanvarda transfer olunan Krjauklis Avropa Liqası zamanı komandanın sıralarında idi. Lakin sabiq baş məşqçi Nazim Süleymanovun gedişindən sonra klub rəhbərliyi bu futbolçunu heyətdə saxlamaq istəməmiş və avqustun əvvəlində onu yola salmışdı.
