28 avqust 2011 16:25
Foqts Belkiça və Qazaxıstanla oyunlara 23 oyunçu çağırdı
Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts əsas komandamızın düşərgəsinə 23 futbolçu dəvət edib.
Qeyd edək ki, millimiz 28–29 avqust və 31 avqust – 6 sentyabr tarixlərində Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Bundan əlavə komandamız AÇ-2012-nin seçmə mərhələsində, Tofiq Bəhramov adına Respublika stadionunda sentyabrın 2-də Belçika, sentyabrın 6-da isə Qazaxıstan yığması ilə qarşılaşacaq.
Baş məşqçi seçmə oyunlara bir neçə yeni futbolçu çağırıb. Bunların arasında yenicə “Xəzər Lənkəran”a keçən Branimir Subaşiçin, eləcə də “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifovun adını qeyd etmək olar. Bundan əlavə Rusiyanın “Volqa” klubunun hücumçusu Vaqif Cavadov da qısa fasilədən sonra milliyə cəlb olunub.
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Sumqayıt Şəhər), Aqil Məmmədov (Bakı);
Müdafiəçilər: Rəşad Sadıqov (Qarabağ), Saşa Yunisoğlu, Vurğun Hüseynov, Mahir Şükürov (hamısı “Qəbələ”), Rail Məlikov, Ruslan Əmircanov, Ruslan Abışov (hamısı “Neftçi”), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Ufuk Budak (Freiburg, Almaniya);
Yarımmüdafiəçilər: Aqil Nəbiyev (AZAL), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Aleksandr Çertoqanov (Qəbələ), Rəşad Sadiqov, Namiq Yusifov, Əfran İsmayılov (Qarabağ);
Hücumçular: Branimir Subaşıç (Xəzər Lənkəran), Vaqif Cavadov (Volqa, Rusiya), Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov (AZAL), Murad Hüseynov(Qəbələ).
