28 avqust 2011 16:14
Vaqif Cavadovun klubu başssız qaldı
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın “Volqa” klubunun prezidenti Aleksey Qoyxman istefa verib. Azerisport.az xəbər verir ki, tanınmış iş adamı bu qərarını yenidən öz sevimli biznesinə qayıtmaq istəyi ilə izah edib.
Xatırladaq ki, Qoyxman Nijni Novqorod təmsilçisinin prezident postuna 2009-cu ildə keçmişdi. Onun gəlişindən sonra komanda 10 illik fasilədən sonra elitaya vəsiqə qazanmışdı.
“Volqa”nın yeni prezidentinin adına yaxın günlərdə aydınlıq gələcək.
