28 avqust 2011 16:48

Robertas Poşkus: İnterlə oyun mənim üçün prinsipial olmayacaq

“Simurq”un yeni transferi, “İnter”dən icarəyə götürülən litvalı forvard Robertas Poşkus azerisport.az saytının suallarını cavablandırıb.
 
- Nəhayət ki, futbolsuz qaldığınız günlər bitmək üzrədi…
- Əsas odu ki, yenidən futbol oynmağa başlayıram. Xidmətimdə maraqlı olan bir kluba keçdim. “İnter”də qalmaq istəmirdim, çünki bunun mənası yox idi. “Simurq”da mehriban kollektiv var.
 
- Nə əcəb “Simurq”dan başqa variantınız yox idi?
- Məsələ bunda deyil. Bura Sergey Yurana görə gəldim.
 
- O, sizə böyük ümidlər bəslədiyini deyir...
- Öz növbəmdə mən də onun ümidlərini doğrultmağa çalışacam. Yeni komandamda oynamağa şadam. Yuran çox yaxşı məşqçidi. Mənim işim isə qol vurmaqdı. Yraunla söhbət etmişəm. O, bura vaxt keçirməyə gəlməyib. Onun geniş planları var.
 
- Amma sizin “Simurq”la anlaşmanız cəmi 1 illikdi...
- Bəli, elədi. Amma hadisələri qabaqlamaq istəməzdim. İndi mənə hələ formamı bərpa etmək lazımdı. Mən indi sadəcə 60-70 faiz hazıram. Bu isə yetərli deyil.

- Hər halda baş məşqçi “Turan”la oyunda xidmətinizdən yararlana bilər...
- Komandada sadəcə hücumçu yoxdu. Andrey Rubin zədəlidi. Yuran bildirdi ki, məni 15-20 dəqiqəlik buraxacaq. Ola bilsin ki, oyunun əvvəlindən də buraxsın. Hər halda oynamağa gücüm var. “Turan”la oyun bizim üçün çox vacibdi. Bizə 3 xal lazımdı. Tovuzda oynamaq həmişə çətindi.

- Növbəti turda isə məhz “İnter”lə qarşılaşacaqsız...
- Mən o oyunu özüm üçün prinsipial saymıram. O kluba nəyisə sübut etmək fikrim də yoxdu. Orda iki mövsüm keçirdim. Çempion oldum. Adi bir oyun olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.