28 avqust 2011 18:12
Fariz Yusifov Bahodir Nasimovu təhqir edib
"Neftçi" AZAL-la oyunun baş hakimi Fariz Yusifovdan şikayət edib. Azerisport.az xəbər verir ki, çempion 1:3 hesabı ilə yenildiyi oyundan sonra protokolda hakimlə bağlı qeydlər aparıb.
Yusifov oyunun gedişində Bahodir Nasimovu küçə söyüşləri ilə təhqir edib. "Neftçi" məhz bununla bağlı protokolda qeydlər apararaq, FİFA referisindən şikayət edib.
Bundan başqa, Nasimova qarşı cərimə meydançasında kobudluq olsa da, hakim penalti təyin etməyib. "Neftçi" bunu da protokola qeyd edib.
