28 avqust 2011 19:37
Mahir Şükürov: Toni Adamsın Quzanlıdakı taktikası işlədi
AFFA tərəfindən 4 oyunluq diskvalifikasiya olunan “Qəbələ”nin və milli komandamızın müdafiəçisi Mahir Şükürov komandasının Premyer Liqanın 4-cü turundakı “Qarabağ”la oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, “Qəbələ”nin 1:0 hesablı səfər qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Birinci hissədə komanda çox yaxşı təsir bağışlayırdı. Hesab açıldıqdan sonra isə müdafiə olunmağa başladıq. Çünki öz qapımızın təhlükəsizliyi daha önəmli idi. Hər halda Toni Adamsın Quzanlıdakı taktikası işlədi. Məhz bunun sayəsində “Qarabağ”a qalib gəldik. Özü də səfərdə”.