28 avqust 2011 20:16
Əsgər Abdullayevin yeni arzusu
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 4-cü turunun “Simurq”la ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Birinci hissədə daha yaxşı görünürdük. Çoxlu qol vəziyyətləri yaratdıq. Fasilədən sonra isə rəqib komanda daha fəal idi. Şadam ki, öz meydanımızda keçirilən oyunda yenə qələbə qazana bildik. Vacib üç xal qazandıq. Çoxdan idi komandamız doğma meydanda keçirdiyi oyunlarda ardıcıl qələbə qazana bilmirdi. Bu seriyanı davam etdirməyə çalışacağıq”.