29 avqust 2011 00:05
Sensasiyalı tura sensasiyasız yekun
Futbol üzrə Azərbaycan Premyer Liqasının sensasiyalarla zəngin 4-cü turuna yekun vuruldu. Azerisport.az xəbər verir ki, son oyun günündə cəmi 1 qarşılaşma baş tutdu.
Əslində, hesabat turunun daha bir görüşü ötən gün keçirilməli idi. Lakin “İnter” – “Sumqayıt Şəhər” oyunu Sumqayıt təmsilçisinin bir neçə futbolçusunun müxtəlif yığmalara dəvət alması səbəbindən təxirə salınıb. Buna görə də 4-cü tur hələlik “Turan” – “Simurq” görüşü ilə tamamlanmış oldu.
Tovuzdakı görüşü autsayderlərin dueli kimi qiymətləndirmək daha düzgün olardı. Hər halda həm “Turan”, həm də “Simurq” yüksək hədəflər uğrunda mübarizə aparmır və komandaların bu mövsümkü əsas işi elitada qalmaq olacaq. Amma tərəflərin iddialı olmamasına rəğmən, bu görüşün gərgin keçəcəyini gözləmək olardı.
Çünki Əsgər Abdullayevin yenidən qurduğu “Turan” mövsümdəki ikinci ev oyunundan qələbə ilə ayrılmaq istəyirdi. Hər halda “Kəpəz” üzərində 3:1 hesablı qələbə qazanan tovuzluların eyni aqibəti daha çox problemlərlə üz-üzə olunan Zaqatala klubuna yaşatması mümkünsüz görünmürdü. “Simurq” isə son iki oyununda olduğu kimi, uzağı bu dəfə də 1 xal qazanmağı hədəfləyə bilərdi. Hətta “İnter”dən yenicə icarəyə götürülən Robertas Poşkusun ilk dəqiqələrdən meydanda olmasına rəğmən.
Qarşılaşmaya gəlincə, gözlənildiyi kimi, meydan sahibləri daha fəal təsir bağışladılar. İlk yarını məhz Abdullayevin yetirmələrinin aktivinə yazmaq olardı. Məhz bunun da məntiqi nəticəsi kimi, “Turan” fasiləyə minimal hesablı üstünlüklə yollandı. “Simurq”u isə vaxtilə elə bu komandanın şərəfini qorumuş Sergey Artyux cəzalandırdı.
Fasilədən sonra qonaqlar fəallığı diqqətçəkəcək dərəcədə artırdılar. Hətta Zaqatala təmsilçisi qol vurmaq üçün iki yüz faizli imkan da qazandı. Amma Sergey Yuranın yetirmələri bunlardan yararlana bilmədilər. Nəticədə qarşılaşma elə 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatdı. Beləcə, “Turan” yeni mövsümdəki ikinci ev oyununda da 3 xala sevindi. Tovuzluların bu seriyasının 6-cı turun “Turan” – “Bakı” matçında davam edib-etməyəcəyi maraqla gözlənilir.
Sonda onu da qeyd edək ki, milli komandaların AÇ-2012-nin seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada qısamüddətli fasilə yaranır. Çempionatın növbəti turunun oyunları sentyabrın 17-dən etibarən bərpa olunacaq. 5-ci turun oyunları isə aşağıdakı kimidi:
10 sentyabr (şənbə): “İnter” – “Simurq”, “Bakı” – “Rəvan”, 11 sentyabr (bazar): “Qəbələ” – “Turan”, “Sumqayıt Şəhər” – “Qarabağ”, “Kəpəz” – AZAL, “Xəzər Lənkəran” – “Neftçi”.
Turan – Simurq - 1:0 (1:0)
Qol: Sergey Artyux, 37.
Vərəqələr: Aleksandr Qoqoberişvili, 10 (kobud oyun), Georgi Beriaşvili, 40 (idmançıya yaraşmayan hərəkət), Ramal Hüseynov, 62 (kobud oyun) - İlkin Qırtımov, 6 (əllə oyun), Qərib İbrahimov, 25 (simulyasiya); Rüstəm Məmmədov, 36 (kobud oyun).
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
28 avqust 2011. Tovuz. Şəhər stadionu. 6000 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev, 6. Aleksandr Dubileviç, 7. Ramal Hüseynov (k), 10. Nadir Nəbiyev , 11. Georgi Beriaşvili (18. Hafiz Əliyev, 76), 14. Aleksandr Qoqoberişvili (9. Yasin Abbasov, 86), 21. Rəşad Orucov, 24. Sergey Artyux, 27. Zura Dzamsaşvili, 29. Rudison Ferreyra (20. Azər Məmmədov, 64).
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 15. Namiq Əliyev, 17. Samir Əliyev, 19. Ruslan Abbasov.
Baş məşqçi: Əsgər Abdullayev.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 17. Rüstəm Məmmədov, 13. Aleksandr Şemonayev, 8. Qərib İbrahimov (5. Rəşad Eyubov, 65), 10. Tofiq Mikayılov (9. Əli Bağırov, 83), 4. Vasili Yanotovski, 28. Yevgeni Şmakov, 11. Robertas Poşkus, 6. Mikayıl Rəhimov (7. Elçin Xəlilov, 42).
Ehtiyat oyunçular: 1. Bəxtiyar Gözəlov, 23. Ruhid Usubov, 15. Anar Həsənli, 29. Samir Quliyev.
Baş məşqçi: Sergey Yuran.
Xatırladaq ki, hesabat turunun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınmışdı: Qarabağ - Qəbələ - 0:1, Bakı - Kəpəz - 0:3, AZAL – Neftçi - 3:1, Rəvan - Xəzər Lənkəran - 1:1.
|
1
|
XL
|
4
|
3
|
1
|
0
|
9-3
|
10
|
|
2
|
Qəbələ
|
4
|
2
|
2
|
0
|
4-2
|
8
|
|
3
|
AZAL
|
4
|
2
|
1
|
1
|
7-5
|
7
|
|
4
|
Neftçi
|
3
|
2
|
0
|
1
|
6-3
|
6
|
|
5
|
Qarabağ
|
3
|
2
|
0
|
1
|
3-2
|
6
|
|
6
|
Kəpəz
|
4
|
2
|
0
|
2
|
8-7
|
6
|
|
7
|
Turan
|
4
|
2
|
0
|
2
|
5-5
|
6
|
|
8
|
Bakı
|
4
|
1
|
2
|
1
|
3-3
|
5
|
|
9
|
İnter
|
3
|
1
|
0
|
2
|
1-4
|
3
|
|
10
|
Rəvan
|
4
|
0
|
2
|
2
|
4-6
|
2
|
|
11
|
Simurq
|
4
|
0
|
2
|
2
|
1-5
|
2
|
|
12
|
SŞ
|
3
|
0
|
0
|
3
|
2-8
|
0
|
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi), Sergey Artyux (Turan).
2 - Rauf Əliyev (Qarabağ), Zohair Benouahi, Elşən Məmmədov (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran), Yuri Fomenko (Kəpəz).
