28 avqust 2011 11:35
“Neftçini yenməkdən başqa çıxış yolumuz yox idi”
AZAL-ın hücumçusu Elşən Məmmədov dubla imza atdığı Premyer Liqanın 4-cü turunun “Neftçi” ilə oyunundan (3:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- AZAL ikinci ev oyununda nəhayət ki, qələbə qazana bildi. Özü də çempion üzərində...
- Təəssüf ki, bundan öncəki ev oyunumuzda “Xəzər Lənkəran”a 0:3 hesabıyla məğlub olmuşduq. Bu dəfə isə ancaq maksimum nəticə qazanmağı hədəfləmişdik. Rəhbərliyi və azarkeşləri sevindirmək istəyirdik. Fikrimcə, mövsümə startımız heç də pis deyil: 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət. Amma bu dəfəki qələbə bizi növbəti turlarda daha yaxşı çıxış etməyə həvəsləndirə bilər.
- “Neftçi” barədə nə deyərdiz?
- Şübhəsiz ki, bu komanda ambisiyalıdı və Azərbaycan futbolunun flaqmanı hesab olunur. Həmişə çempionluğa oynayan komandadı. Amma bizim də qələbə qazanmaqdan başqa çıxış yolumuz yox idi. Əgər biz medallar uğrunda mübarizə aparırıqsa, hər oyunda qələbə qazanmağa borcluyuq. Bu üzdən rəqibin kimliyi də fərq etmir. İstən “Neftçi” olsun, istər “Xəzər Lənkəran”.

- Bu qarşılaşma sizin üçün daha uğurlu alındı, dubla imza atdınız...
- Bu, futboldu, indi dubl edirsən, növbəti dəfə ümumiyyətlə vura bilmirsən. Əlbəttə, şadam ki, komandamın qələbə qazanmasına kömək edə bildim. Sadəcə, bu gün məndə alındı. Amma bəzən elə olur ki, heç nə alınmır. O zaman özünə inamı da itirirsən. Lakin yenə deyirəm ki, əsas komandanın nəticə qazanması idi ki, buna da nail olduq.
- Bu tur həm də “Bakı”nın “Kəpəz”ə darmadağını, “Qarabağ”ın “Qəbələ”yə yenilgisiylə yadda qalan oldu. Elə “Rəvan” da “Xəzər Lənkəran”dan xal aldı. Sürprizlər turu adlandırmaq olar, elə deyilmi?
- Mümkündü. Amma bizi daha çox öz oyunlarımız maraqlandırır. Onlara hazır olmaq istəyirik.
- Mümkündü. Amma bizi daha çox öz oyunlarımız maraqlandırır. Onlara hazır olmaq istəyirik.
- Yeri gəlmişkən, növbəti turda sizi elə “Kəpəz”lə çətin oyun gözləyir. Düşünmürsüz ki, siz də eyni sürprizlə qarşılaşa bilərsiz?
- Biz bütün komandalarla oyunlara ciddi hazırlaşırıq. Şübhəsiz ki, rəqiblərimizin oyunlarını da analiz edirik. Bizim üçün hər şeydən önəmlisi müsbət nəticəyə nail olmaqdı.
- AZAL-ın əsas rəqibi qismində kimi görürsüz?
- Hələ çempionatın cəmi 4 turu arxada qalıb. Buna görə də hələ rəqiblərdən danışmaq tezdi. Hət halda zaman göstərəcək, kimlər nə üçün mübarizə aparmalı olacaq.
- Hələ çempionatın cəmi 4 turu arxada qalıb. Buna görə də hələ rəqiblərdən danışmaq tezdi. Hət halda zaman göstərəcək, kimlər nə üçün mübarizə aparmalı olacaq.