28 avqust 2011 12:05
Neftçinin prezidenti AZAL-ı təbrik etdi
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Premyer Liqanın 4-cü turunun AZAL ilə oyunundan sonra rəqib komandanı təbrik edib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın rəhbəri paytaxt derbisinin ardından rəqib komandanın paltardəyişmə otağına da baş çəkib.
O, “tayyarəçilər”in üzvlərini gözəl oyun və onun komandası üzərində qazandıqları 3:1 hesablı qələbə münasibətilə təbrik edib.
