28 avqust 2011 00:01
Millimiz 4 qol vurdu, Təbriz Həsənov narazı qaldı
Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi Palanqa turnirində son oyununu qazaxıstanlı həmyaşıdlarına qarşı keçirərək 4:0 hesabı ilə qələbə qazanıb. Azerisport.az xəbər verir ki, yığmanın baş məşqçisi Təbriz Həsənov oyunla bağlı fikirlərini bildirib:
“Əfsuslar olsun ki, finala çıxa bilmədik. Lakin buna baxmayaraq bu oyuna futbolçularım hazır vəziyyətdə çıxdılar və əvvəlki oyunlardan fərqli olaraq bu dəfə real qol imkanından maksimum yararlandılar. Oyundan razı qalsam da ümumi nəticədən narazıyam. Buraxdığımız səhvlər üzərində daha ciddi çalışmalıyıq”. (AFFA)
