28 avqust 2011 00:08
Bəhmən Həsənov: Biz yaxşı oynadıq
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 4-cü turunun “Xəzər Lənkəran” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan görüşdən sonra bunları dilə gətirib.
"İlk hissədəki oyunumuzu qeyd etmək istərdim. Biz yaxşı oynadıq, rəqibə qol imkanı vermədik. İkinci hissədə daha çox qol imkanı qazandıq, lakin uğur qazana bilmədik. Oyunun sonlarına doğru yorğunluq öz sözünü dedi. "Xəzər Lənkəran" ikinci hissədə daha fəal idi. Komandamı təbrik edirəm".
