28 avqust 2011 12:14
Ruslar Cavadovun oyununu qiymətləndirdi
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun Rusiya Premyer Liqasındakı növbəti oyununa qiymət verilb. Azerisport.az xəbər verir ki, Rusiya mətbuatı “Volqa”da çıxış edən həmyerlimizin Qroznı “Terek”inəqarşı oyununu qiymətləndirib.
Lakin Vaqif komandasının ən aşağı qiymət alan futbolçularından biri olub. Belə ki, sports.ru nəşri Cavadova 5,0 bal verib. Hansı ki, onun kimi daha 5 komanda yoldaşı da eyni qiymətə layiq görülüb.
Qeyd edək ki, “Volqa” “Terek”lı matçda 3:1 hesabıyla qələbə qazanıb. Vaqif isə 68-ci dəqiqədən etibarən meydanda olub.
