28 avqust 2011 00:15
Dieqo Souza rəsmən İnterdə
“İnter” növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı futbolçu ilə güclənib.
Bu, “Xəzər Lənkəran”dakı çıxışıyla tanınan 23 yaşlı yarımmüdafiəçi Dieqo Souzadı.
Qeyd edək ki, futbolçuyla 1 illik müqavilə imzalanıb. Ötən gün Dieqo Souzanın Gürcüstanda təlim-məşq toplanışında olan “İnter”ə qoşulacağı gözlənilirdi.
Sonda xatırladaq ki, məlumatı paytaxt klubunun rəsmi saytı yayıb.
