28 avqust 2011 00:22
Paytaxt klubunun həsrəti bitdi
"İnter"in zədəli kapitanı Vladimir Levin Gürcüstana yollanaraq, komandanın təlim-məşq toplanışına qatılıb. Azerisport.az xəbər verir ki, klubla yeni müqavilə imzalayan Levin ötən gün fərdi proqram üzrə məşq edib.
Qeyd edək ki, Levin zədələndikdən sonra vətəni Ukraynaya yollanmış, ordan da müayinə olunmaq üçün Almaniyaya getmişdi. Bu səbəbdən "İnter" onunla yeni müqavilə imzalamamışdı. Bir neçə gün əvvəl "Bakı"ya dönən futbolçu artıq yeni anlaşmanı imzalayıb və adı sifariş ərizəsinə salınıb.
