28 avqust 2011 00:32

“Növbəti mövsümdə yüksək yerlər üçün döyüşə bilərik”

“Sumqayıt Şəhər” sentyabrın 11-də Premyer Liqa çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, ötən mövsüm məhz Ağdam klubunun şərəfini qorumuş, hazırda doğma şəhərinin komandasında çıxış edən Rəşad Kərimov klubun rəsmi saytına müsahibə verib.
 
- “Sumqayıt Şəhər”in mövsümə startı barəsində nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, “Sumqayıt Şəhər” klubu Premyer Liqanın startına 15-20 gün qalmış yaranıb. Heyətdə problemlərin olacağını hamımız bilirdik. Püşk də bizim üçün ürəkaçan olmadı. İlk beş turda çətin rəqiblərlə qarşılaşmalı olduq. Çətinliklərə baxmayaraq, “Xəzər Lənkəran” və “Qəbələ” ilə qarşılaşmalarda komanda əzmkar oyun nümayiş etdirdi. Hər iki matçdan xal ala bilərdik. “Neftçi” digər komandalardan fərqli olaraq bizi rəqib kimi qiymətləndirdi. Həmin qarşılaşmada komanda pis oynadı. “Ağ-qaralar” hər cəhətdən bizi üstələdi.
 
- Cari mövsümdə klubun qarşısına qoyulan əsas vəzifə nədən ibarətdi?
- Qeyd etdiyim kimi yeni yaranmış bir kollektivik. Komandanın formalaşması üçün zamana ehtiyacımız var. İnşallah tezliklə uğursuzluq zolağından çıxarıq. Yaxın turlarda azarkeşlərimizi sevindirəcəyimizə inanırıq. Qaldı ki, qarşıya qoyulan vəzifəyə, bacardığımız qədər mövsümü autsayderlər sırasında bitirməməyə çalışacağıq.
 
- “Sumqayıt Şəhər”in Premyer Liqaya tam şəkildə hazır olması üçün nə qədər zamana ehtiyacı var?
- Gənc kollektivimiz var. Sıfırdan bir işə başlamışıq. Hamı yaxşı başa düşür ki, bizim zamana ehtiyacımız var. İnşallah gələn mövsüm bu komanda ilə yüksək yerlər uğrunda döyüşə bilərik.
 
- Növbəti turda doğma azarkeşlər qarşısında “Qarabağ”la üz-üzə gələcəksiniz. Ötən mövsüm Ağdam klubunun formasını geyindiyiniz üçün sabiq klubuna qarşı oynayacaqsınız. Hansı hissləri keçirirsiniz?
- “Qarabağ” Azərbaycan futbolunun ən güclü klubları sırasındadı. Ağdam klubu son illərdə Avropada uğurlu çıxışı ilə azarkeşlərin sevimlisinə çevirilib. “Qarabağ”da bir il yarım futbol oynamışam və buna görə çox xoşbəxtəm. Lakin indi “Sumqayıt Şəhər”in futbolçusuyam və peşəkar kimi çıxıb meydanda döyüşməyə hazıram. Oyun bizim üçün çətin keçəcək, amma biz də meydana məğlub olmaq üçün çıxmırıq.
 
- Bu qarşılaşmadan hansı nəticəni gözləyirsiniz?
- Biz rəqibdən çəkinmirik. Meydana yalnız qələbə üçün çıxacağıq. İnşallah azarkeşlərimiz də sona qədər bizi dəstəkləyəcək.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.