29 avqust 2011 00:01
İngiltərə çempionatı: MY - Arsenal matçında 10 qol! (YENİLƏNİB)
İngiltərə Premyer Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun əksər qarşılaşmaları ilk oyun günündə keçirilib.
Turun ən maraqlı görüşlərindən biri “Liverpool” ilə “Bolton” arasında keçirilib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. “Chelsea” isə “Norwich”lə oyunda eyni hesablı qələbəyə sevinib.
Daha bir maraqlı görüş “Blackburn”lə “Everton” arasında baş tutub. Qarşılaşmada iki dəfə penaltidən yararlana bilməyən meydan sahibləri sonda özləri cəzalanıblar. İki oyunda isə ümumiyyətlə hesab açılmayıb.
Hesabat turunun qalan dörd görüşü son oyun günündə keçirilib. “Newcastle” “Fulham”i məğlub yola salıb. “Tottenham” - “Manchester City” matçında isə bu yay həyata keçirdiyi transferlərlə daha da güclənmiş qonaq komanda möhtəşəm qələbəyə imza atıb. “West Bromwich” doğma meydanda “Stoke City”yə minimal hesabla uduzub. “Manchester United” - “Arsenal” matçında isə qol "yağıb". Meydan sahiblərinin 8 qol vurduğu görüşdə qonaqlar da 2 dəfə fərqləniblər. "Arsenal" bir penalti şansından da yararlana bilməyib.
İngiltərə Premyer Liqası
3-cü tur
27 avqust
Aston Villa – Wolverhampton – 0:0
Wigan - Queens Park – 2:0
Qollar: Santo, 41; 66.
Blackburn – Everton – 0:1
Qol: Arteta, 90-pen.
Matçın 47 və 84-cü dəqiqələrində meydan sahiblərinin heyətində müvafiq olaraq Hoylet və Formeka penaltidən yararlana bilməyib
Chelsea – Norwich – 3:1
Qollar: Bosinqva, 6, Lampard, 82-pen, Mata, 90 – Holt, 63.
Swansea – Sunderland – 0:0
Liverpool – Bolton – 3:1
Qollar: Enderson, 15, Şrtel, 52, Adam, 53 – Klasniç, 90.
28 avqust
Newcastle - Fulham - 2:1
Qollar: Best, 48; 66 - Dempsi, 88.
Tottenham - Manchester City - 1:5
Qollar: Kabul, 68 - Dzeko, 34; 41; 55; 90, Aquero, 60.
West Bromwich - Stoke City - 0:1
Qol: Şotton, 90.
Manchester United - Arsenal - 8:2
Qollar: Uelbek, 22, Yanq, 28; 90, Runi, 41, 64; 82-pen, Nani, 67, Park, 70 - Uolkot, 45, Van Persi, 74.
Matçın 27-ci dəqiqəsində Van Persi penaltidən yararlana bilməyib
| 1 | Manchester United | 3 | 3 | 0 | 0 | 13 | - | 3 | 9 |
| 2 | Manchester City | 3 | 3 | 0 | 0 | 12 | - | 3 | 9 |
| 3 | Liverpool | 3 | 2 | 1 | 0 | 6 | - | 2 | 7 |
| 4 | Chelsea | 3 | 2 | 1 | 0 | 5 | - | 2 | 7 |
| 5 | Wolverhampton | 3 | 2 | 1 | 0 | 4 | - | 1 | 7 |
| 6 | Newcastle | 3 | 2 | 1 | 0 | 3 | - | 1 | 7 |
| 7 | Wigan | 3 | 1 | 2 | 0 | 3 | - | 1 | 5 |
| 7 | Aston Villa | 3 | 1 | 2 | 0 | 3 | - | 1 | 5 |
| 9 | Stoke | 3 | 1 | 2 | 0 | 2 | - | 1 | 5 |
| 10 | Bolton | 3 | 1 | 0 | 2 | 7 | - | 6 | 3 |
| 11 | Everton | 2 | 1 | 0 | 1 | 1 | - | 1 | 3 |
| 12 | Queens Park | 3 | 1 | 0 | 2 | 1 | - | 6 | 3 |
| 13 | Sunderland | 3 | 0 | 2 | 1 | 1 | - | 2 | 2 |
| 14 | Norwich | 3 | 0 | 2 | 1 | 3 | - | 5 | 2 |
| 15 | Swansea | 3 | 0 | 2 | 1 | 0 | - | 4 | 2 |
| 16 | Fulham | 3 | 0 | 1 | 2 | 1 | - | 4 | 1 |
| 17 | Arsenal | 2 | 0 | 1 | 1 | 0 | - | 2 | 1 |
| 18 | West Bromwich | 3 | 0 | 0 | 3 | 2 | - | 5 | 0 |
| 19 | Blackburn | 3 | 0 | 0 | 3 | 2 | - | 6 | 0 |
| 20 | Tottenham | 2 | 0 | 0 | 2 | 1 | - | 8 | 0 |
