29 avqust 2011 01:07
Premeyr Liqa: 4-cü tur rəqəmlərdə
Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turunda komandalar 5 oyuna 11 qol vurublar. Azerisport.az xəbər verir ki, bu, orta hesabla 2,2 qol deməkdi.
Bu turda bir oyun təxirə salınıb. Baş tutan oyunlarda isə qonaqlar 6 qol vurduqları halda, meydan sahibləri 5 dəfə fərqləniblər.
Bu tur vurulan qollardan 8-nə əcnəbi futbolçular imza atıb ki, bu da 72,7 faiz deməkdi. Yerli oyunçular cəmi 3 qol vura biliblər - 27,3 faiz.
Bütövlükdə 33 sarı vərəqə göstərilib ki, bunlardan daha 2-si qırmızı olub.
Oyunlara 10 900 tamaşaçı təşrif buyurub. Bu isə hər oyuna orta hesabla 2 180 nəfər azarkeş deməkdi.
