29 avqust 2011 13:56
“Lənkəranda qələbə qazanmalıyıq”
“Neftçi”nin müdafiəçisi Ruslan Abışov Premyer Liqanın 4-cü turunun AZAL ilə oyunundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- AZAL-a məğlubiyyətiniz gözlənilməz oldu...
- Elə komandamız üçün də. Halbuki, rəqibin güclü və zəif tərəflərini yaxşı öyrənmişdik. Qələbəyə oynayırdıq, amma alınmadı. Sanki, biz bu oyundan öncəki görüşlərdə qələbə qazana bilməmişdik. Meydandakı həmin “Neftçi” deyildi.
- Məğlubiyyətinizə nə səbəb oldu?
- Biz yaratdığımız qol epizodlarından yararlana bilmədik. Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Sadəcə, meydan sahibləri əks-hücumlardan yaxşı yararlandılar. Nəticədə də 3 qol vurdular. Amma hesab 1:3 olarkən bizim lehimizə penalti verilmədi. Ola bilsin ki, hakim həmin epizodu görmədi.
- İlk ciddi sınağınızdaca büdrəməyiniz qarşıdakı oyunlarda təsiri göstərməyəcək ki?
- Premyer Liqada zəif komanda yoxdu. Biz “Rəvan”ı məğlub etdik, amma onlar “Xəzər Lənkəran”dan xal aldılar. AZAL-a məğlubiyyət bizə dərs olacaq. Fikrimcə, bu məğlubiyyət komandaya pis təsir göstərəcək. Amma bizim qarşıdakı oyunlara daha yaxşı hazırlaşmaq üçün vaxtımız var. Özü də növbəti oyunumuz səfərdə - Lənkəranda olacaq.
- Mümkündü ki, orda da eyni aqibəti yaşayasız...
- Bu haqda heç düşünmək də istəmirəm. “Xəzər Lənkəran”ı məğlub etmək istəyirik. Amma məğlub olsaq da belə, qorxulu heç nə baş verməyəcək. Rəhbərlik bizə həmişə inanıb və yaxşı yanaşıb. Buna baxmayaraq, Lənkəranda qələbə qazanmalıyıq.
- Ruslan Abışovun mümkün gedişi haqda nə düşünürsüz?
- Mən Ruslanla eyni otaqda qalıram və bunu ilk eşidənlərdən biri olmuşam. Mən ona görə sadəcə, sevinə bilərəm. Hələ gəncdi və ölkə xaricində özünü göstərə bilər. Ruslan özü də bunu çox istəyir. İsveç çempionatı Abışov üçün yaxşı tramplin ola bilrə. İki ildən sonra daha güclü çempionatlara da gedə bilər. Ümid edirəm ki, onda alınacaq.

- Bəs bu, “Neftçi”yə nə dərəcədə təsir göstərəcək?
- Belə potensiallı futbolçunu itirmək klub üçün təbii ki, pisdi. O, əsas heyətin oyunçusudu. Bu, “Neftçi” üçün itki olacaq. Ruslanın gedişindən sonra rəhbərlik güclənmək haqda düşünə bilər.
- Belə potensiallı futbolçunu itirmək klub üçün təbii ki, pisdi. O, əsas heyətin oyunçusudu. Bu, “Neftçi” üçün itki olacaq. Ruslanın gedişindən sonra rəhbərlik güclənmək haqda düşünə bilər.
- Qarşıdan gələn Belçika və Qazaxıstanla oyunlar haqda nə düşünürsüz?
- Bu, bizim üçün AÇ-2012-nin seçmə mərhələsində özümüzü göstərmək üçün həlledici oyunlardı. İlk oyunumuz daha çətin olacaq. Amma maksimum güc sərf etməklə Belçika ilə oyunda da nəyəsə ümid edə bilərik. Qazaxlarla oyunda isə heç-heçə barədə də düşünə bilmərik. Bu, bizim üçün faciə olacaq. Ancaq qələbə.

- Yeri gəlmişkən, siz yığmaya dəvət alsaz da, yoldaşlıq oyunlarında bir dəfə də meydana çıxmamısız...
- Bəli, bu, həqiqətən belədi. Hər halda məşq edirəm, ümidvaram ki, Berti Foqts qarşıdakı oyunlarda mənə də şans verəcək. Hiss edirəm ki, indi yığmada mövqeyimdə çıxış edənlərdən zəif oynamaram.