29 avqust 2011 15:08
İngiltərə millimizlə oyun öncəsi əsas forvardını itirdi
AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində 21 yaşadək futbolçulardan ibarət millimizin rəqiblərindən olan İngiltərə yığması Azərbaycala oyun öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, britaniyalılar “Manchester United”in forvardı Denni Uelbekin xidmətindən məhrum olublar.
O, İngiltərə Premyer Liqasının dünən keçirilən “Arsenal” ilə ev oyununda (8:2) əzələsini dartıb. Qarşılaşmada komandasının ilk qolunu vuran futbolçu zədə üzdən uzun müddətə sıradan çıxıb.
Belə ki, Uelbekin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Belədə, gənc hücumçunun İngiltərə U-21-i ilə Azərbaycan millisi arasında Londonda keçiriləcək qarşılaşmada forma geyməsi də mümkün olmayacaq. Qeyd edək ki, İngiltərə - Azərbaycan matçı sentyabrın 1-də baş tutacaq.
