29 avqust 2011 15:56
Birinci divizionun püşkü atılır
Futbol üzrə birinci divizion komandaları arasında keçirilən Azərbaycan çempionatının 2011/2012-ci il mövsümünün püşkatma mərasiminin keçirilmə vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, yeni mövsümün püşkü cümə günü sentyabrın 2-də atılacaq. Saat 15:00-da başlayacaq tədbir AFFA-nın inzibati binasında baş tutacaq.
