29 avqust 2011 18:35
Xəzər Lənkəran bayram istirahətinə buraxıldı
Premyer Liqanın 4-cü turu çərçivəsində şənbə günü "Rəvan"la səfər oyunundan bir xalla dönən "Xəzər Lənkəran"ın futbolçuları istirahətə yollanıb. Azerisport.az xəbər verir ki, Premyer Liqada yaranan fasilədən yararlanan komanda üzvlərini 4 günlük istirahətə buraxıb.
Fürsətdən yararlanan futbolçular vətənlərinə yollanıb. Komanda avqustun 31-də Bakıda toplaşacaq və bir gün sonra "Neftçi" ilə oyunun hazırlıqlarına başlamaq üçün Lənkərana yola düşəcək. "Böyük oyun"un hazırlıqları sentyabrın 10-dək doğma şəhərdə olacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunu sentyabrın 11-dən 10-na keçirilib.
