29 avqust 2011 11:29

Millimizin üzvləri son turda: Foqtsun seçimi

Sentyabrın 2-də Bakıda AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan və Belçika yığmaları üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts bu oyunlara 23 futbolçu çağırıb.
 
Bu üzdən biz rəsmi oyun ərəfəsində milli futbolçularımızın klublarındakı son oyunları ilə bağlı kiçik araşdırma apardıq. Həmin araşdırma ilə sizi də tanış edirik. Görək, yığmamızın üzvləri Belçika ilə çətin oyun öncəsi nə dərəcədə yaxşı formadadı?

Qapıçılar
 
Kamran Ağayev (Xəzər Lənkəran). Bütün oyunu meydanda oldu, bir qol buraxdı. Xüsusi nə iləsə fərqlənmədi. Klubu isə heç-heçəyə razılaşdı.
 
Andrey Popoviç (Sumqayıt Şəhər) və Aqil Məmmədov (Bakı) oynamadı.
 
Müdafiəçilər
 
Rəşad Sadıqov (Qarabağ), Rail Məlikov  və Ruslan Əmircanov (hər ikisi “Neftçi”) 90 dəqiqə meydanda olsa da, klubları məğlubiyyət acısı daddı. Əmircanov sarı vərəqə ilə də “fərqləndi”.
 
Saşa Yunisoğlu və Vurğun Hüseynov (hər ikisi “Qəbələ”) da 90 dəqiqə mübarizə aparmaq şansı qazandı. Komandaları isə bu oyunda qələbəni bayram etdi. Hüseynov sarı vərəqə almaqla da diqqət mərkəzinə düşdü.
 
Aqil Nəbiyev (AZAL) cəmi 5 dəqiqə oynayıb və zədələnmək məcburiyyətində qalıb. Komandası qələbə qazanıb.
 
Elnur Allahverdiyev (Xəzər Lənkəran) meydana çıxmayıb.
 
Yarımmüdafiəçilər
 
Aleksandr Çertoqanov (Qəbələ) və Rahid Əmirquliyev (Xəzər Lənkəran) 90 dəqiqə meydanda olub.
 
Ruslan Abışov da (Neftçi) bütün oyunu meydanda olmasına rəğmən, sarı vərəqə alması ilə “fərqlənə” bilib.
 
Rəşad Sadiqov, Namiq Yusifov və Əfran İsmayılov da (hamısı “Qarabağ”) bütün oyun ərzində komandasına kömək edib. Sadiqov ikinci sarı vərəqə ilə meydandan qovulmaqla yadda qalıb. İsmayılov zədədən sonra hələ də ideal forma yığa bilməyib.
 
Mahir Şükürov (Qəbələ) diskvalivikasiya olunduğundan oynamayıb.

Ufuk Budaq (Freiburg, Almaniya).

Hücumçular

Elşən Məmmədov (AZAL) bütün oyunu meydanda olub, iki qol vurmaqla matçın qəhrəmanı olub.

Rauf Əliyev (Qarabağ) və Branimir Subaşiç (Xəzər Lənkəran) bütün oyunu meydanda olub. Əliyev fəallığı ilə seçilsə də, nə o, nə də Subaşiç qol vura bilib.
 
Vaqif Cavadov (Volqa, Rusiya) 68-ci dəqiqədə meydana çıxıb, komandası qələbə qazanıb.
 
Murad Hüseynov (Qəbələ) əlavə olunmuş dəqiqələrdə meydana çıxıb, özünü göstərmək imkanı qazanmayıb.
 
Göründüyü kimi, yığma üzvləri son oyunlarında kifayət qədər fəal olublar. Düzdü, onların əksəri milliyə heç də yaxşı əhval-ruhiyyədə gəlməyiblər. Hər halda Berti Foqtsun onları millinin oyununa necə kökləyəcəyi maraqla gözlənilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.