29 avqust 2011 11:38
“Belə hesabla məğlub olduğumuz üçün şokdayam”
"Bakı"nın müdafiəçisi Denis İvanov klubun rəsmi saytına müsahibəsində Premyer Liqanın 4-cü turunun “Kəpəz”lə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:3 hesabıyla darmadağın olduqları görüşlə bağlı bunları dilə gətirib:
"Hisslərimi ifadə edə bilmirəm. Matçın 10-cu dəqiqəsində biz 2:0 hesabı ilə irəlidə ola bilərdik. Lakin sonda 0:3 hesabı ilə məğlub olduq. İlk hissədə "Kəpəz" qapımıza doğru 4 zərbə endirdi ki, onlardan da 3-ü qol oldu. Bizim vurduğum zərbələr isə qapıya doğru getmirdi. Məncə, hesab fərqli olmalı idi. Komanda belə hesabla məğlub olursa, deməli burada mənim də günahım var. Ancaq ümumilikdə kimisə günahlandırmaq düzgün olmazdı. Çünki biz bir komandayıq. Birgə qələbə qazanırıq və birgə məğlub oluruq. Evdə belə hesabla məğlub olduğumuz üçün indiyə kimi şokdayam. Lakin düşünürəm ki, "Kəpəz"ə məğlubiyyət bizim üçün bir dərs olacaq. İnanıram ki, getdikcə öz oyunumzu tapacağıq. Komandanın azarkeşlərinə isə hesabın böyük olmasına baxmayaraq, bizi sonadək dəstəklədikləri üçün təşəkkür edirəm".