29 avqust 2011 11:50
“Millinin uğur qazanması üçün nə lazmsa, etməyə hazıram”
“Qarabağ”ın kapitanlarından biri olan, ötən mövsümdən etibarən sərgilidəyi futbolla hər kəsin rəğbətini qazanan Namiq Yusifov nəhayət milli komandaya dəvət aldı. Azerisport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi digər komanda yoldaşları Rəşad Sadıqov, Rəşad Sadiqov, Əfran İsmayılov, Rauf Əliyevlə yanaşı sentyabrın 2-də və 6-da Avropa çempionatının seçmə mərhələsində baş tutacaq Belçika və Qazaxıstanla oyunlar üçün millinin düşərgəsinə yollanıb.
O, milliyə çağırılması münasibətilə fikirlərini açıqlayıb: “Millidə oynamaq hər bir futbolçu üçün qürur mənbəyidi. Yığmamızın sıralarında olmaq sevindiricidi. Əlbəttə, yığmaya çağrılmağı çoxdan gözləyirdim. Hər futbolçunun hədəfi daim yüksək yerlər uğrunda olmalıdı. Artıq 1 ildən çoxdu ki “Qarabağ”ın əsas heyətində müntəzəm olaraq oynayıram. Belədə təbii ki, milli haqqında fikrləşirdim. İndi mənə etimad göstəriblərsə, çalışmalıyam ki ən yaxşısını edim. Heç vaxt əziyyətdən qaçmamışam. Millinin uğur qazanması üçün nə lazmdısa etməyə hazıram. İnşallah, millidə daimi çıxış edib, uzun illər bu formanı geyinmək istəyirəm”.
