29 avqust 2011 12:08
Abışov Neftçini az maaşa İsveç klubuna dəyişir
İsveçin “Orebro” klubunun nümayəndələri Azərbcayana gəlib. Azerisport.az xəbər verir ki, onlar hətta Premyer Liqamızın 4-cü turunun AZAL - “Neftçi” matçını da izləyiblər.
Onların bu səfərdə əsas məqsədləri isə “Neftçi”nin kapitanı Ruslan Abışovu iş başında görmək olub. Futbolçunun agenti olan doğma qardaş Sarxan Abışovun saytımıza verdiyi açıqlamaya görə, İsveç klubu konkret müqabilə təklifi ilə gəlib. Lakin onların təklif etdiyi maliyyə şərtləri çox aşağıdı:
“Onlar bldirdilər ki, “Orebro”da maliyyə imkanları elə də yaxşı deyil. Amma Ruslanı tam hüquqlu transfer kimi alıb sonradan sərfəli qiymətə satmaq istəyirlər. Təsəvvür edin ki, onların təklifi Premyer Liqanın ortabab klublarının şərtlərindən də aşağıdı. Onların 4-5 illik müqavilə təklifi də mübahisəlidi. Hər halda bu müddət həddən artıq çoxdu. Biz də öz şərtlərimizi bildirmişik və bu gün bu məsələ öz həllini tapa bilər. Əgər “Orebro” şərtlərimizlə razılaşsa, Ruslan millimizin Qazaxıstanla oyunundan sonra İsveçə yollanacaq”.