30 avqust 2011 13:11
Belçika yığması itirə-itirə gedir
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Bakıda millimizin qonağı olacaq Belçika yığması daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, baş məşqçi Jorj Leekens bu dəfə hücumçusunu itirib.
Belə ki, rəqib komandanın hücümçusu İqor De Kamarqo da millimizə qarşı oynaya bilməyəcək. Almaniyada Münhenqladbax “Borussiya”sının formasını geyən milliləşdirilmiş braziliyalı forvard son turda ayaq barmağından zədə alıb.
Qeyd edək ki, De Kamarqo belçikalıların heyətində artıq 3-cü itkidi. Ondan əvvəl isə Tomas Vermalen və Daniel van Buytenin millimizlə matçda komandalarına kömək edə bilməyəcəyi dəqiqləşmişdi. “Brugge”nin hücumçusu Byorn Fleminksin Bakıda meydana çıxacağı isə hələ sual altındadı.
