30 avqust 2011 13:51

İqor Ponomaryov Ruslan Abışova Orebroda möhkəmlənməyin yolunu göstərdi

Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov azerisport.az saytına müsahibəsində millimizin və “Neftçi”nin gənc müdafiəçisi Ruslan Abışovun İsveçin “Orebro” klubuna mümkün transferindən danışıb, ona məsləhətlərini çatdırıb.
 
- Vaxtilə siz İsveç klublarında və yığmasında çalışmısız. Ruslan Abışovu sıralarına qatmaq istəyən “Orebro” barədə fikirlərinizi bilmək maraqlı olardı...
- “Orebro” İsveç çempionatının ortabablarındandı. Amma son mövsümdə onlar çox yaxşı oynadılar. Bu klub uzun müddətdi yüksək liqada çıxış edir. Eyniadlı şəhərin təmsilçisidi, təxminən 120 min əhalisi var. Son dövrlər oyunlarına gələna azarkeşlərin sayı da artıb.
 
- Abışovun bu kluba keçidini nə dərəcədə perspektivli sayırsız?
- Əgər o, “Orebro” ilə müqavilə bağlasa, bu, qətiyyən pis olmazdı. Bu, Abışovun özünü göstərməsi üçün çox yaxşı bir şans olacaq. O, burda futbolçu kimi daha da böyüyə bilər. İsveç çempionatını çoxlu menecerlər izləyirlər. Əlbəttə, İsveç çempionatı səviyyəsinə görə, İtaliya, Almaniya və İspaniya kimi ölkələrin birinciliklərindən geridə qalır. Amma Ruslan üçün “Orebro”ya keçmək də irəliyə doğru böyük addım olacaq. O, İsveç çempionatında özünü göstərməklə, daha da qabağa gedə bilər.
 
- Ümumiyyətlə, Ruslan kimi futbolçular özlərini İsveç çempionatında göstərə bilirlərmi?
- Belə suala cavab vermək çox çətindi. Ruslan perspektivli futbolçudu. Fikrimcə, onun yerli şəraitə, kluba uyğunlaşması üçün yarım il lazım gələcək. Əsas odu ki, futbolçu yeni ölkəyə alışsın. İstənilən yeni futbolçu üçün komanda yoldaşları ilə anlaşa bilmək əsas amillərdəndi. Ruslan özünü bu çempionatda göstərə bilər. Onun uğurlu çıxışı isə eyni zamanda Azərbaycan millisinin və ölkə futbolunun inkişafında önəmli yer tuta bilər.
 
- Azərbaycan çempionatını İsveç birinciliyi ilə müqayisə etmək olar?
- İsveç çempionatının maliyyə baxımından bizdən geri qaldığını düşünə bilmərik. Burda böyük büdcəyə malik klublar var. Amma məni daha çox idman tərəfi düşündürür. İsveç çempionatında əsas diqqət gənc futbolçulara yönəldilib. Özünü göstərə bilən futbolçular İtaliya və Almaniya klublarına satılır. Aydın məsələdi ki, İsveç çempionatının səviyyəsi Azərbaycanınkından daha yüksəkdi. İnfrastruktur da burda daha yaxşıdı, nəinki bizdə. Demək olar ki, hər klubun öz bazası, stadionu var.

- İsveçdə legionerlərə maraq nə dərəcədə böyükdü?
- Onlar əsas uşaq məktəblərinə diqqət ayırırlar. Klublar öz yetirmələri ilə uğur qazanmağı düşünürlər, digər ölkələrdən gətrilən futbolçulara pul xərcləməkdə maraqlı deyillər. Amma gənc və perspektivli futbolçular alanlar da var. Yəni bunda da müəyyən məqsəd güdürlər. Özünü göstərən futbolçu daha güclü kluba, daha baha qiymətə satılır.
 
- Abışova Mahir Şükürovun Rusiyadakı, Vaqif Cavadovun Hollandiyadakı aqibəti ilə üzləşməmək üçün nəyi məsləhət görərdiniz?
- O, öncə müqaviləni imzalamalı, sonra öz gücünü sınamalıdı. Ruslan İsveçdə oynaya bilər. Sadəcə, bunun üçün öz üzərində çoxlu işləməsi lazımdı. Bütün problemləri unutmaq və əsas heyətə düşmək lazımdı. Bunun üçün o, Azərbaycandakından da qat-qat artıq çalışmalıdı. O, dərhal əsas heyətə düşə bilməyəcək. Çünki uyğunlaşma üçün vaxt lazımdı. Yerli şəraitə uyğunlaşandan sonra 10-20 dəqiqə oynamaq şansı qazanacaq. Abışov özü üçün psixoloji problemlər yaratmamalıdı. Qoy meydanda 20 dəqiqə olsun, amma oynasın. Hətta əsas heyətdə yer ala bilməsə də, buna görə məyus olmamalı, Azərbaycana qayıtmaq haqda düşünməməlidi. Tələsmək lazım deyil. Zamanla o, “Orebro”da özünü göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.