30 avqust 2011 14:46
Arsenallı yarımmüdafiəçi millimizə qarşı oynamayacaq
AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində 21 yaşadək futbolçulardan ibarət millimizin rəqiblərindən olan İngiltərə yığması Azərbaycala oyun öncəsi növbəti itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, britaniyalılar “Arsenal”ın yarımmüdafiəçisi Emmanuel Frimponqun da xidmətindən məhrum olublar.
Ayağından zədə alan 19 yaşlı futbolçunun millimizlə görüşdə iştirakı mümkün olmayacaq. Qeyd edək ki, ingilislər bundan öncə “Manchester United”in forvardı Denni Uelbekin də xidmətindən məhrum olmuşdular.
Xatırladaq ki, İngiltərə - Azərbaycan matçı sentyabrın 1-də baş tutacaq.
