30 avqust 2011 15:02
“Azərbaycan çempionatının səviyyəsi barədə danışmaq mənə çətindi”
AZAL-ın yeni hücumçusu Georgi Boqyu paytaxt klubundakı durumundan danışıb. Azerisport.az xəbər verir ki, moldovalı forvard yeni komandası ilə bağlı aşağıdakıları dilə gətirib:
“AZAL çox yaxşı komandadı, perspektivli və ambisiyalıdı. Mümkün hər uğuru qazanmaq istəyən etibarlı sponsoru var. Komandanın baş məşqçisinin də mənə münasibətini bəyəndim. Klubda həmçinin Makedoniya, Albaniya və ərəb ölkələrindən olan legionerlər çıxış edir. Heyətimizdə braziliyalı və afrikalılar da var. Bir sözlə legionerlər çoxdu. Artıq Azərbaycan çempionatında debüt də etmişəm. Şənbə günü biz ölkənin hazırkı çempionu olan Bakı “Neftçi”si üzərində 3:1 hesabıyla qələbə qazandıq. Mən meydana hesab 2:1 olarkən, 60-cı dəqiqədə çıxdım. Amma hələ Azərbaycan çempionatının səviyyəsi barədə danışmaq mənə çətindi”.