30 avqust 2011 16:08
Anjinin kapitanı Sumqayıt Şəhərdə! (FOTO)
“Sumqayıt Şəhər” transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış daha bir futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, Sumqayıt təmsilçisi daha bir gənc oyunçunu heyətinə qatıb.
Belə ki, Rusiyanın “Anji” klubunun əvəzedici komandasının kapitanı və 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü olan Bədavi Hüseynov karyerasını “Sumqayıt Şəhər”də davam etdirəcək. 1991-ci il təvəllüdlü, 185 sm boya malik olan futbolçu mövsümün sonuna qədər bu klubda icarə əsasında çıxış edəcək.
