30 avqust 2011 11:28

Leekens: Azərbaycan doğma meydanda tamamilə fərqli oynayır

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Bakıda millimizin qonağı olacaq Belçika yığmasının baş məşqçisi Jorj Leekens Azərbaycana səfər öncəsi ölkəsində jurnalistlər üçün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakı səfəri ərəfəsində öncə itkilərdən şikayətlənib:

“Mən Tomas Vermalenlə Daniel van Buytenin qarşıdakı oyunda bizə kömək edə bilməyəcəyinə çox məyus oldum. Bu, tək məni yox, hamımızı məyus edir. Axı son dövrlər hər iki futbolçu çox gözəl forma yığmışdı”.
 
Qeyd edək ki, Vermalen London “Arsenal”ının, Van Buyten isə Münhen “Bayern”inin müdafiəçisidi. Hər iki futbolçu komandalarının son oyunlarında ciddi zədə alaraq, bir müddət yaşıl meydanlardan kənarda qalmağa məcbur olub. Leekens isə Vermalensiz 2:8 hesablı məğlubiyyətlə üzləşən “Arsenal”ı da yada salıb:

“Hər halda “Arsenal”ın İngiltərə çempionatında “Manchester United”ən böyük hesabla uduzması da Vermalenin necə yaxşı formada olmasının əsas göstəricilərindən biri sayıla bilər. Çünki onun komandası öz lideri olmadan meydana çıxmışdı. Vermalen “Arsenal”ın da əsas fiqurlarındandı və o, olmayanda belə problemlərin yaranması təbiidi. Hər halda “Liverpool”la oyunda “Arsenal” daha yaxşı müdafiə olunurdu”.

Bu iki futbolçunun yoxluğunda “Standard”dan Loran Simanı milliyə çağıran mütəxəssis onunla da bağlı fikirlərini açıqlayıb: “O, bazar günü Belçika çempionatının “Germinal”la oyununda 90 dəqiqə meydanda oldu. Həm də bu futbolçu millidəki komanda yoldaşlarını yaxşı tanıyır. Elə biz də onun güclü keyfiyyətlərinin olduğunu yaxşı bilirik”.
 
Bakıdakı qarşılaşmaya gəlincə, Leekens ancaq qələbə hədəflədiklərini gizlətməyib: “Əgər qrupda ikinci yeri tutub, final mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, bizim başqa çıxış yolumuz yoxdu. Bu rəqiblə oyuna çox ciddi yanaşmağımız lazımdı. Evdəki oyunda baş verənlər (həmin oyunda belçikalılar 4:1 hesablı qələbəyə sevinmişdilər – azerisport.az) o qədər də vacib deyil. Azərbaycanlılar doğma divarlar arasında tamamilə fərqli oynayırlar. Onlar Türkiyəni məğlub ediblər (1:0) və bizə bunu xatırlamaq lazımdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.