31 avqust 2011 01:24
Belçikalılardan azərbaycanlı azarkeşlərə qadağa
AÇ-2012-nin seçmə mərhələsində sentyabrın 2-də millimizlə qarşılaşacaq Belçika yığmasının Bakı səfəri zamanı hansı proqramla hərəkət edəcəyi artıq məlumdu. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Belçika yığmasının sentyabrın 1-də mətbuat üçün açıq məşqi və komandanın baş məşqçisi Jorj Leekensin mətbuat konfransı keçiriləcək. Həmin tədbirlərin başlama saatları və keçirilmə yerləri isə aşağıdakı kimidi:
1 sentyabr, saat 18:00
Tofiq Bəhramov adına Respublika stadionu
İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (azarkeşlər məşqə buraxılmaycaq)
1 sentyabr, saat 19:15
“Hyatt Park” oteli
Baş məşqçi Jorj Leekensin mətbuat konfransı
