31 avqust 2011 00:11
“Azərbaycanla oyunda qələbədən başqa hansısa nəticəni düşünmürəm də”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının, eləcə də “Fenerbahçe”nin yarımmüdafiəçisi Emer Belözoğlu qarşıdakı rəsmi oyunları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli orta sahə oyunçusu seçmə mərhələdə qarşılaşmalı olduqları digər rəqibləri ilə yanaşı, Azərbaycanla görüşdə də ancaq qələbə gözlədiyini bildirib:
“Qazaxıstan, Avstriya, Azərbaycan və Almaniya matçları bizim ən yaxşı ikinci yerlə qrupdan çıxmağımız üçün 12 xal almalı olduğumuz oyunlardı. Buna məcburuq. Amma addım-addım keçməliyik. Öncə Qazaxıstan matçını düşünməliyik. Asan rəqib deyil. Lakin biz evimizdə oynayacağımız üç maçtan da qalib ayrılmaq məcburiyyətindəyik. Başqa bir nəticəni düşünmürəm də”.