30 avqust 2011 12:12
Mertens: Bakıda mütləq qələbə qazanmalıyıq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Bakıda millimizin qonağı olacaq Belçika yığmasının hücumçusu Dres Mertens Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakı səfəri öncəsi bunları dilə gətirib:
“Mən hazırkı formamdan çox razıyam. Əgər 3 oyuna 6 qol vura bilirsənsə, başqa cür ola da bilməz. Özümü çox yaxşı hiss edirəm. Biz yaxşı oynayırıq və buna görə sevinməyə bilmərəm” – deyə, “Excelsior”la son oyunda het-trikə imza atan PSV-nin hücumçusu bildirib.

Millimizlə oyuna gəlincə, o, ancaq qələbə haqda düşündüklərini bəyan edib: “Azərbaycanla oyunda biz ancaq 3 xal qazanmağı hədəfləmişik. Biz Avropa çempionatına düşmək istəyirik. Buna görə də Bakıda qələbə qazanmalıyıq”.