31 avqust 2011 00:55
“Səmədovun yerinə olsaydım, tələsməzdim”
Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko azərbaycanlı futbolçular – Emin Mahmudovla Aleksandr Səmədovun Rusiya və Azərbaycan yığmaları arasındakı seçimi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu məsələ ilə bağlı müsahibəsində aşağıdakıları dilə gətirib:
“Hesab edirəm ki, bu yaşda futbolçuları itirmək acınacaqlı və ağır bir məyusluq olardı. Amma hər halda onların harda oynayacağına dair qərarı futbolçular özləri verəcəklər. Özü də növbəti ildən digər yığmalarda çıxış edən futbolçular legioner hesab olunacaqlar. Onlar müqəddəratlarını özləri seçməlidilər. Biz onlar üçün maksimum şərtlər, şərait yaradırıq. Qərarı isə özləri verirlər. Belə futbolçular yığmadan yığmaya inkişaf etməlidilər. Səmədov mənə elə gəlir ki, bu mənada daha münasibdi. Mən onun yerinə olsaydım, tələsməzdim. Xüsusilə də bu seçmə tsikldən sonra, necə oynamağımızdan asılı olaraq müəyyən dəyişikliklərin olacağı istisna deyil. Bu mənada Səmədov da yeni yığmaya əsas namizədlərdən biridi”.