31 avqust 2011 01:08
XL-dan imtina etdi, Saint-Etienne ilə anlaşdı
Rumıniya yığmasının və “Steaua” klubunun yarımmüdafiəçisi Banel Nikolita özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, sözügedən futbolçu bundan sonra karyerasını Fransada davam etdirəcək.
Belə ki, rumıniyalı orta sahə oyunçusu “Saint-Etienne” ilə anlaşıb. Fransızlar bu keçidə görə, Rumıniya klubuna 700 000 avro ödəyiblər.
Xatırladaq ki, Nikolita az qala Mirça Rednikin “Xəzər Lənkəran”a gəldiyi gündən Azərbaycan klubunun maraq dairəsində idi. Lakin Rednik həmyerlilərini bu futbolçunu ölkəmizə gətirmək üçün heç cür razı sala bilməmişdi.
