31 avqust 2011 01:32
Timmi Simons: Bakı səfərimiz asan olmayacaq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Bakıda millimizin qonağı olacaq Belçika yığmasının yarımmüdafiəçisi Timmi Simons Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakı səfəri öncəsi bunları dilə gətirib:
“Biz bilirik ki, bu səfərimiz asan olmayacaq. Bizi ilk növbədə 3 saatlıq vaxt fərqi gözləyir. Bundan əlavə alışmadığımız hava şəraiti və pis vəziyyətdə olan meydança. Qarşılaşacağımız komanda isə bizim qrup ikinciliyi uğrundakı əsas rəqibimiz Türkiyəni məğlub etmiş kollektivdi. Bütün bunlar vəziyyətin heç də asan olmadığından xəbər verir”.
