31 avqust 2011 13:32
Kəpəzdən daha iki transfer (FOTO)
“Kəpəz” transfer pəncərəsinin bağlanmasına bir gün qalmış heyətini iki futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, bölgə klubunun hər iki yeni oyunçusu əcnəbidi.
Belə ki, Mehman Allahverdiyevin başçılıq etdiyi komanda serb müdafiəçi Milan Antiç və onun rumın həmkarı Razvan Tarlea ilə müqavilə bağlayıb. Hər iki futbolçu ötən mövsüm "Qəbələ"də çıxış edib və mövsüm bitəndən sonra Toni Adamsın qərarı ilk komandadan kənarlaşdırılıb.
