31 avqust 2011 15:56
AFFA Baknın futbolçusunu cəzalandırdı
AFFA İntizam Komitəsi "Bakı"nın futbolçusu İbrahim Karqbonu cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna səbəb Sierra Leonedən olan futbolçunun "Kəpəz"lə oyunda qırmızı vərəqə alması olub.
Karqbo "Kəpəz" matçının 81-ci dəqiqəsində kobud oyuna görə ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. Bu üzdən futbolçu 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub.
Afrikalı oyunçu cəza səbəbindən V turun "Rəvan"la oyununu buraxacaq.
