31 avqust 2011 16:07
Rəşad Sadiqovun cəzası müəyyənləşdi
AFFA İntizam Komitəsi "Qarabağ"ın kapitanı Rəşad Sadiqovu cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna səbəb futbolçunun "Qəbələ" ilə oyunda qırmızı vərəqə alması olub.
Belə ki, Sadiqov "Qəbələ" matçının 90+1-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu. Bu səbəbdən Rəşad 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub. O, V turda "Sumqayıt"la oyunu buraxacaq.
"Qəbələ" isə 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
