31 avqust 2011 16:19
Berti Foqts və milli KİV önünə çıxır
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqinin və baş məşqçi Berti Foqtsun mətbuat konfransının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Millimizin qarşıdakı hazırlıq planını diqqətinizə çatdırırıq:
1 sentyabr, saat 11:00
Tofiq Bəhramov adına Respublika stadionu
İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
1 sentyabr, saat 12:30
Aeroport otel
Baş məşqçi Berti Foqtsun mətbuat konfransı
