31 avqust 2011 16:54
Yığma komandalarımız avstriyalılarla bacarmadı
Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 və 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandaları yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, hər iki komandamız yerli "Akademia Tirol" klubunu sınağa çəkib.
Avstriya klubunun U-15 komandamı ilə qarşılaşan Aslan Kərimovun başçılıq etdiyi 15 yaşadək futbolçulardan ibarət millimiz meydandan 2:2 hesablı bərabərliklə ayrılıb. Həro iki qola Şahban Cəbrayılov imza atıb.
Nikolay Adamın başçılıq etdiyi U-16 yığmamız isə "Akademia Tirol"dan olan həmyaşıdları ilə qarşılaşaraq, məğlub olublar - 0:1.
