31 avqust 2011 17:08
AFFA İnterin qapıçısını 4 oyunluq cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının 4-cü turunda baş verən qanun pozuntularına hüquqi qiymət verib.
"Sumqayıt" - "İnter" matçının 90+1-ci dəqiqəsində qonaqların qapıçısı Anar Məhərrəmov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 4 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə olunub.
"Xəzər Lənkəran"ın futbolçusu Mirqasım Cabbarlı "Rəvan"la oyunun 89-cu dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. O, qarşıdakı bir oyunu buraxacaq, klubu 100 manat cərimə ödəyəcək.
"Rəvan" isə 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib.
"Turan" - "Simurq" oyunun 60-cı dəqiqəsində qonaqların oyunçusu Təbriz Mütəllimov kobud oyuna görə ikinci sarı vərəqəni aldığından bir oyunlun cəzalanıb. Klub isə 100 manat cərimələnib.
