31 avqust 2011 19:18
Abışov Neftçidə qalası oldu
"Neftçi"nin və milli komandamızın üzvü Ruslan Abışovun İsveçin "Orebro" klubuna keçidi baş tutmayıb. Azerisport.az xəbər verir ki, bu barədə İsveç klubu məlumat yayıb.
Məlumatda bildirilir ki, Abışov “Neftçi”də qalacaq. Çünki müqavilənin şərtlərində razılığa gələ bilməyən tərəflər məhz bu problem üzündən danışıqları dondurmalı olublar.
Qeyd edək ki, İsveç klubu futbolçuya 4,5 illik müqavilə təklif etsə də, onun qardaşı olan meneceri nə bu, nə də maliyyə şərtlərini qəbul etməmiş, qarşı tərəfə yeni şərtlərini bildirmişdilər. Son iki gündə ortaq məxrəcə gəlməklə bağlı aparılan danışıqlar isə bəhrəsiz olub. Nəticədə, Abışov ən azı qışa kimi “Neftçi”də qalmalı olub.
