31 avqust 2011 11:30
Böyükağa Hacıyev: Mənim Neftçim həmişə hücum edəcək
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandasının Premyer Liqanın son turundakı AZAL-a məğlubiyyətindən, Ruslan Abışovun mümkün gedişindən, eləcə də qarşıdan gələn “Xəzər Lənkəran”la oyundan danışıb.
- AZAL-a məğlubiyyətinizə nə səbəb oldu?
- Mən həmin oyunun videoyazısına 4 dəfə baxmışam ki, harda səhv etdiyimizi biləm. Belə qərara gəldim ki, məsələ oyuna köklənmədədi. Bizdə məhz bu çatışmırdı. Futbolçuların bəziləri elə evlərinə qayıtmağı düşünürdü. Məlum olduğu kimi, İqor Mitreski Makedoniya yığmasına, Bahodir Nasimov Ösbəkistan millisinə çağırılıb, Ruslan Abışov “Orebro” ilə müqaviləni müzakirə edir. Belə şərtlər altında oyuna hazırlaşmaq çox çətindi.

- Amma komandanın vəziyyətləri var idi...
- Bəli, amma sən vurmayanda... Hakimlərdən də narazıram. Fariz Yusifov Robert Petrovun epizodunda səhvə yol verdi. Orda rəqib futbolçu Nasimova qarşı qaydanı pozmuşdu. Sonuncu ümid foluna görə oyunçu meydandan qovulmalı və penalti təyin olunmalıydı. Yusifov isə bunlardan heç birini etmədi. “Rəvan”la oyunda da hakimlər bizə qarşı düzgün olmayan qərar verdilər. Bunların nə dərəcədə təsadüf olduğunu isə bilmirəm.
- Siz artıq Abışovu buraxmağa qərar vermisiz?
- Mən çox istərdim ki, o, komandada qalsın. Lakin digər tərəfdən başa düşürəm ki, onun “Orebro”ya keçidi Azərbaycan futboluna çox fayda verə bilər. Düşünmürəm ki, bu, “Neftçi” üçün ciddi problemlərə yol açacaq. Əvvəllər biz iki dayaq yarımmüdafiəçisi ilə oynayırdıq, indi isə bir.

- Fasilədən dərhal sonra sizi “Xəzər Lənkəran”la oyun gözləyir...
- Bəli, ayın 7-də futbolçularımız sıraya dönəcəklər, 10-da isə səfərdə “Xəzər Lənkəran”la qarşılaşacağıq. Deyərdim ki, hətta mənim bəxtim gətirib, yığma iki oyun keçirəcək. Hər halda futbolçularımızın oyun təcrübəsi baxımından problemləri olmayacaq.
- “Xəzər Lənkəran” haqda nə deyərdiz?
- Biz hər bir rəqibimizə hörmət edirik. Mən şadam ki, çempionatımızda belə komandalar oynayır. Məhz belə klublar rəqabət yaradır. Onlarsız çempionat qətiyyət maraqlı olmazdı.
- Səfərdə heç-heçə sizi qane edəcək?
- Mən həmişə qələbə barədə düşünmüşəm. Çünki “Neftçi” hücum futbolu oynayır. Mənim üçün kimə qarşı oynamağın fərqi yoxdu – istər “Xəzər Lənkəran” olsun, istər Zaqreb “Dinamo”su, istərsə də “Barcelona”. Mənim “Neftçi”m həmişə hücum edəcək. Biz 90 dəqiqə rəqibin qapısında oturmalıyıq.
- “Xəzər Lənkəran”ın bu mövsüm uduzmaması faktı sizi narahat etmir?
- Biz müdafiədə oturmağa hazırlaşmırıq. Qoy güclü qalib gəlsin. “Böyük oyun”da ancaq böyük klubar oynayırlar. Belə oyunlarda isə hər şeyə ola bilər.
- Biz müdafiədə oturmağa hazırlaşmırıq. Qoy güclü qalib gəlsin. “Böyük oyun”da ancaq böyük klubar oynayırlar. Belə oyunlarda isə hər şeyə ola bilər.