31 avqust 2011 11:52
Miroslav Beranek: Bakıda işimiz bir qədər asan olacaq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda millimizin qonağı olacaq Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek Azərbaycana səfər öncəsi jurnalistlərə maraqlı açıqlama verib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının işinin Bakıda asan olacağını iddia edib:
“Biz öncə Türkiyə ilə oyunu düşünməliyik. Həmin qarşılaşmada şübhəsiz ki, Türkiyə yığması aşkar favoritdi. Amma biz öz dərimizi pulsuz verməyi düşünmürük. Eyni sözləri Azərbaycanla oyun haqda da demək olar. Lakin Bakıda işimiz bir qədər asan olacaq. Düzdü, onlar bizə uduzublar. Hazırda isə bizimlə oyuna böyük motivasiya ilə hazırlaşırlar”.
