31 avqust 2011 12:45
İnter bu gün Gürcüstan klubu ilə qarşılaşacaq
Xəbər verdiyimiz kimi, "İnter" Gürcüstanda təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, ötən gün komanda axşam məşqində isinmə hərəkətlərini yerinə yetirməklə yanaşı, topla davranış və uzun ötürmələr üzərində çalışıb. "İnter"in düşərgəsinə qatılan Dieqo Souza və Vladimir Levin də fərdi qaydada məşq edirlər.
Bu gün isə "İnter" Gürcüstan toplanışı çərçivəsində ilk yoldaşlıq matçını keçirəcək. Komandanın rəqibi Gürcüstanın yüksək liqasında mübarizə aparan "Dila" (Qori) komandası olacaq. Matç yerli vaxtla saat 17:00-da başlanacaq.
