1 sentyabr 2011 13:14
Foqts Olaf Yanseni İstambula göndərir
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts rəqiblərinin də oyununu diqqət mərkəzində saxlamağa davam edir. Azerisport.az xəbər verir ki, o, sabah millimizin oyunu ilə eyni gündə baş tutacaq Türkiyə - Qazaxıstan matçına “casus” göndərməyə hazırlaşır.
Belə ki, baş məşqçinin köməkçisi Olaf Yansen sabah qardaş ölkəyə yola düşəcək. O, İstambuldakı “Türk Telekom Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək qarşılaşmanı canlı izləyəcək.
Xatırladaq ki, Qazaxıstan yığması sentyabrın 6-da Bakıda millimizin qonağı olacaq. Yansen də məhz həmin oyun üçün rəqib barədə ətraflı məlumat toplamağa çalışacaq. Elə oktyabrın 11-də Türkiyə millisi ilə də qarşılaşacağımızı nəzərə alsaq, almaniyalı məşqçinin səfərinin həm ziyarət, həm də ticarət xarakteri daşıdığını demək olar.
