1 sentyabr 2011 01:24
Bakıda yeni təyinat gerçəkləşdi
"Bakı" futbol klubunda yeni təyinat baş verib. Azerisport.az xəbər verir ki, Azər Qəmbərov klubun təhlükəsizlik xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Azər Qəmbərov 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universiteti və Daxili İşlər Nazirliyinin Poıis Akademiyasını bitirib. Cüdo üzrə Azərbaycan çempionu, SSRİ idman ustasıdı.
Ali təhsilli hüquqşünas Azər Qəmbərov müharibə iştirakçısıdı. Üzun müddət polis orqanlarında çalışan təhlükəsizlik rəisi ehtiyatda olan polkovnik-leytenantdı.
